Home » Böyük Britaniyada inflyasiya rekord pilləyə yüksəlib

Böyük Britaniyada inflyasiya rekord pilləyə yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropanın ən böyük iqtisadiyyatlarından olan Böyük Britaniyada istehlak qiymətləri indeksi sürətlə artmağa davam edir. Belə ki, Milli Statistika Ofisinin (ONS) yaydığı məlumata istinadən, mart ayı üzrə istehlak qiymətləri indeksi bir əvvəlki ay ilə müqayisədə artım göstərərək, 1.1% səviyyəsində yüksəlib. Ötən ilin müvafiq ayına nisbətdə inflyasiya göstəricisində artım 7% təşkil edib.

Yerli iqtisadçılar inflyasiyanın 6.8% səviyyəsindən aşağı olacağı ilə proqnozlar versə də, göstərici son 30 ilin ən yüksək səviyyəsində qərarlaşıb. Sonuncu dəfə, 1992-ci ilin mart ayında 7.1%-lik rekord inflyasiya göstəricisi qeydə alınıb.

Hazırda, inflyasiya göstəricisinin stabilləşməsi üçün atılan yeganə addım olaraq İngiltərə Mərkəzi Bankının ötən həftə uçot faiz dərəcəsini 0.75%-ə yüksəltməsi göstərilir. Bununla belə, ölkənin Büdcə Əməliyyatları üzrə Ofisi (OBR) inflyasiya göstəricisinin payızda 8.7% səviyyəsini ötüb keçəcəyini proqnozlaşdırır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.