Böyük Britaniyada Parlament üzvlərinin maaşları aprelin 1-dən 2.9% artacaq. Nəticədə ümumi maaşları 84.144 funt sterlinqdən 86.584 funt sterlinqə yüksələcək.
BBN.az Sky News-a istinadən xəbər verir ki, belə bir qərar isə o vaxt gəlib ki, dövlət sektorunda çalışanlar yüksələn inflyasiya fonunda maaşlarında artım tələb edirlər və nazirlər isə bildirirlər ki, artımı qarşılaya bilməyəcəklər.
Qeyd edək ki, yeni qərar ölkədə böyük müzakirələrə səbəb olub.