Home » Böyük Britaniyanın yeni Baş naziri ilk iqtisadi planını açıqladı: 100 milyard funt sterlinq ayıracağı gözlənilir

Böyük Britaniyanın yeni Baş naziri ilk iqtisadi planını açıqladı: 100 milyard funt sterlinq ayıracağı gözlənilir

by bbnadm
0 comment 0 views 1 minutes read

Böyük Britaniyanın yeni Baş naziri Liz Truss cümə axşamı milyonlar üçün özünün ilk iqtisadi planını açıqlayıb. Belə ki, enerji qiymətlərinin yüksəlməsindən əziyyət çəkən milyonlar üçün milyardlar xərcləyəcək.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, tipik ingilis ailəsi üçün enerji qiymətlərində limit ilə 2.500 funt sterlinq olacaq. Şirkətlər də, həmçinin, hökumətin yeni iqtisadi planından fayda görəcəklər.

Hökumətin ingilis ailə və şirkətləri hansı müddətə qədər dəstəkləyəcəyi məlum deyil, lakin bunun üçün 100 milyard funt sterlinq əldə edəcəyi gözlənilir. Gözlənilir ki, tipik ingilis ailəsi üçün illik təbii qaz və elektrik ödənişləri oktyabrda 1.971 funt sterlinqdən 3.549 funt sterlinqə çatacaq.

Ekspertlər və xeyriyyə təşkilatları xəbərdarlıq edirlər ki, enerji qiymətlərinin yüksəlməsindən dolayı əziyyət çəkən insanlara köməklik göstərilməsə, bu qış onlar üçün çox çətin keçəcək, çünki onlar gündəlik xərclərini də qarşılamaqda problem yaşayırlar.

İstehlakçıların enerji ödənişlərinin yüksəlməsi Ukraynada baş verən konflikdən dolayıdır, belə ki, Rusiya təbii qaz təchizatını Avropa üçün məhdudlaşdırıb.

“Bank of England” dən isə deyirlər ki, hökumətin yeni planı inflyasiyanı aşağı salacaq.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.