Home » Brazilyada “bitcoin” tranzaksiyalarına imkan yaradılacaq

Brazilyada “bitcoin” tranzaksiyalarına imkan yaradılacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası artıq bir çox ölkələrin diqqətini cəlb edib. Bu ölkələrdən biri də Latın Amerikasının ən böyük iqtisadiyyatlarından birinə malik olan Braziliyadır.

Əhalisinin böyük əksəriyyətinin bankçılıqla tanışlığı olan, eləcə də 48%-lik qisminin kriptovalyutara qarşı marağı olan Braziliyada bitcoin kriptovalyutası ilə tranzaksiyaların həyata keçirilməsinə imkan tanınacaq. Sözügedən tranzaksiyalar Latın Amerikasının bazar kapitalizasiyasına görə ən böyük şirkəti olan “MercadoLibre” şirkətinin törəmə fintech qurumu olan “MercadoPego” tərəfindən həyata keçiriləcək. Şirkət Argentina mərkəzli olsa da, əsas fəaliyyət istiqamətləri Braziliya bazarına yönəlib. Yeni funksiya vasitəsilə Braziliyalı istehlakçılar “MercadoPego” vasitəsilə bitcoin alışı, satışını, eləcə də satınalma və köçürülmə tranzaksiyalarını həyata keçirə biləcəklər.

Məlumat üçün qeyd edək ki, sözügedən layihə “MercadoLibre”nin kriptovalyuta sahəsində ilk təşəbbüsü deyil. Belə ki, şirkət 2021-ci ilin may ayında 7.8 milyon dollar məbləğində bitcoin satın alaraq balansına qatıb. Bununla yanaşı, “MercadoLibre”  2019-cu ildə icrası dayandırılan “Facebook”un layihələrindən olan “Libra” rəqəmsal valyutasının ilkin investorlarından olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.