Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.76 dollar, yaxud 1.01% enərək 74.66 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.77 dollar, yaxud 0.96% azalaraq 79.10 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.63% yüksələrək 2.56 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.