Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.86 dollar, yaxud 0.92% artaraq 94.54 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.81 dollar, yaxud 0.84% yüksələrək 97.36 dollara satılır. Təbii qazın qiymətləri isə 0.11 dollar, yaxud 4.07% artaraq 2.76 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.