

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.11 dollar, yaxud 1.55% yüksələrək 72.85 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 1.12 dollar, yaxud 1.47% yüksələrək 77.25 dollara satılır. Təbii qazın qiymətləri isə 0.05 dollar, yaxud 2.07% artaraq 2.22 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.