Home » Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir.

Bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə  25 mindən çox ərzaq payı verilib.  

Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib.  

Sosial  tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən bu sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəsilə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir.

Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.