Home » Hüquqi tənzimləmələr nəticəsində təmassız ödənişlərdə artıma nail olunub

Hüquqi tənzimləmələr nəticəsində təmassız ödənişlərdə artıma nail olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Təmassız ödənişlər artıq uzun bir müddətdir ki davam edən maliyyə tendensiyasıdır və bəzi inkişaf etmiş ölkələrdə hətta istehlakçılar üçün əvəzedilməz bir ödəniş vasitəsinə çevrilib. Bununla belə, əksər ölkələr kartla ödənişlərin, xüsusilə də təmassız ödənişlərin cəmiyyət tərəfindən qəbul edilməsi üçün bir sıra hüquqi tənzimləmələrə əl atırlar.

Bu sahədə ən sürətlə irəliləyən ölkə Rusiya Federasiyasıdır. Belə ki, ölkədə 2017-ci ildə illik dövriyyəsi 540 min avrodan yuxarı olan bütün müəssisələrin kartla ödəniş qəbul etməsi zəruriləşdirildi. Bunun nəticəsində 2018-ci ildə kartla ödəniş qəbul edən müəssisələrin sayı 22% artıb. 2020-ci ildə qanunvericilikdə edilən tənzimləməyə görə sözügedən dövriyyə göstəricisi illik 270 min avroya endirilib. Rusiya hökuməti 2023-cü ilədək ölkədəki bütün müəssisələrdə kartla ödənişin qəbulunu zəruriləşdirəcəyini açıqlayıb.

Yunanıstanda isə nağd pul istifadəsinin qismən məhdudlaşdırılması və bir sıra biznes sahələri üçün təmassız ödənişlərin qəbulunun məcburi edilməsi nəticəsində kartla ödəniş qəbul edən müəssisələrin sayı 2014-cü il göstəricisinə nəzərən 5 dəfə çoxdur. Polşa və Ukrayna Respublikalarında da təmassız ödənişlərin qəbulunda 20%-lik artım qeydə alınıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.