Home » Bu gün Avropa Komissiyasının prezidenti Birliyin illik iqtisadi və siyasi vəziyyətini müzakirə edib: “140 milyard avro bölüşdürüləcək”

Bu gün Avropa Komissiyasının prezidenti Birliyin illik iqtisadi və siyasi vəziyyətini müzakirə edib: “140 milyard avro bölüşdürüləcək”

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Gözlənildiyi kimi bu gün, sentyabrın 14-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin çıxışı olub.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, o, bildirib ki, Avropa İttifaqı (Aİ) elektrik bazarı üzrə dərin və tamamilə yeni islahat hazırlayacaq. 

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Fransanın Strasburq şəhərindəki Avropa Parlamenti binasında Birliyin vəziyyəti ilə bağlı illik çıxışında “istehlakçılar aşağı qiymətli bərpaolunan enerji mənbələrindən faydalanmalıdırlar. Ona görə də təbii qazın elektrik enerji qiymətindəki üstünlüyünü ayırmalıyıq”. 

Leyen windfall tax (əgər şirkət gözlənilmədən böyük gəlir əldə edirsə hökumət əlavə vergi təyin edir-red.) və gəlir limiti planları haqqında da danışıb: “Gəlir əldə etmək pis deyil, ancaq o zaman səhvdir ki, böyük həcmdə gəlir və mənfəəti müharibə və müştərilərin çiyinləri üzərindən əldə edəsən. Bu zamanlar, gəlirlər ən çox ehtiyacı olanlar arasında paylaşılmalı və bölüşdürülməlidir”.

O, qeyd edib ki, Avropa İttifaqında milyonlarla ailələr və biznes sahibləri yüksək qiymətlərdən əziyyət çəkirlər və gələcək ilə bağlı qorxu içindədirlər. Yanacaq üzərinə qoyulan vergilərdən əldə edilən gəlir 140 milyard avro (139 milyard dollar) olacaq ki, bu da enerji qanun layihəsinə dəstək üçün üzv dövlətlər arasında bölüşdürüləcək.

Prezident Rusiyanın Avropa üçün əsas təbii qaz kəməri Nord Stream 1-dən axının qeyri-müəyyən müddətə dayandırılması məsələsinə də toxunub və deyib ki, Rusiya təbii qazından asılılıq sona çatmalıdır. Bu ölkədən idxal artıq 40%-dən 9%-ə enib. 

“Təbii qaz ehtiyatımız 84%-dir, hədəfimizdən üstündür”, – deyə o, əlavə edib.

Lakin qeyd edib ki, bu kifayət deyil: “Biz axını şaxələndirməliyik, daha etibarlı mənbələrə baxmalıyıq, ABŞ, Norveç, Əlcəzair və başqaları kimi. Bərpaolunan enerji mənbələrinə və LNG terminallarına daha çox investisiya etməliyik”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.