“Bakıda Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forum keçirilir”.
BBN.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial platformasında yazıb.
“SPECA-nın fəaliyyətinin 25 illiyi ilə əlamətdar olan bu mötəbər tədbir Mərkəzi Asiya ölkələri arasında iqtisadi tərəfdaşlığın və səmərəli əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir”, – deyə nazir paylaşımında qeyd edib.