0

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 20 165 aviareys təşkil olunub və buda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19.7% daha çoxdur.
BBN.az xəbər verir ki, bu 9 ayda ölkədən ən çox reys Rusiya istiqamətində olub.
İkinci yerdə 4 517 reyslə Türkiyə, üçüncü yerdə isə 2 301 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
2023-cü ildə eyni dövrdə Rusiyaya təşkil edilmiş reyslərin sayı 5 185, Türkiyəyə 4 329, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 744 olub.





