Home » Bu ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

Bu ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 15,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Cari ilin ilk ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

2024-cü ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin yanvar ayında dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2024-cü ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 15,3 milyon manat vəsait daxil olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.