Home » Büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin nəzərinə

Büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin nəzərinə

by bbnadm
0 comments 0 views 1 minutes read

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur:

­Şəxsiyyət vəsiqəsinin surəti;

Fəxri adın vəsiqəsinin surəti.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.