Home » Sosial təminatın gücləndirilməsi, hər kəs üçün səmərəli məşğulluğa, layiqli əməyə nail olunması növbəti onilliyin də əsas prioritetlərindən olacaq

Sosial təminatın gücləndirilməsi, hər kəs üçün səmərəli məşğulluğa, layiqli əməyə nail olunması növbəti onilliyin də əsas prioritetlərindən olacaq

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sosial inkişafı, vətəndaş rifahının təminatını ölkəmizdə 2021‒2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də əsas inkişaf istiqamətlərindən biri kimi nəzərdə tutur.

Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində son 17 ildə milli iqtisadiyyatın 3 dəfədən çox artması şəraitində sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edən mühüm irəliləyişlərə nail olunub. Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin  ardıcıl olaraq və dəfələrlə artımı təmin edilib. İqtisadi tərəqqi, sahibkarlığın  inkişafı, qeyri-neft sektorunun genişlənməsi, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının geniş vüsət alması, sosial ödənişlərin davamlı artımı əhali gəlirlərinin də ildən-ilə çoxalması, işsizlik və yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib.

Təsdiqlənmiş Milli Prioritetlərə əsasən, postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələdə davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməsi məqsədlərdən biri olacaq. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət bu mərhələnin səciyyəvi inkişaf istiqaməti kimi müəyyən olunub. Eyni zamanda iqtisadi inkişafla paralel vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması Milli Prioritetlərin əsas hədəflərdəndir. Həmçinin, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması bu hədəflər sırasındadır.

Sənəddə sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması prioriteti yer alır. Vurğulanır ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.

Sosial reabilitasiya infrastrukturunun inkişafı və genişləndirilməsi ötən dövrdə aparılan iaslahatların əsas məqsədlərindən biri olub. Milli Prioritetlərə uyğun olaraq, növbəti onillikdə də bu  infrastrukturun əlçatan olması, habelə əlilliyi olan şəxslərin məşğulluğuna dəstək proqramlarının genişləndirilməsi üçün mühüm addımlar atılacaq. Həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən sosial xidmətlər sisteminin təmin olunması işləri də davam edəcək.

Ötən dövrdə məşğulluqda özəl sektorun payının artması aparılan sosial-iqtisadi siyasətin əsas istiqaməti olub. 2021‒2030-cu illərdə məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.