G20 ölkələrinin iqtisadi artım tempi 2031-ci ilədək 3%-ə qədər zəifləyə bilər. Bu, 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı artım göstəricilərindən biri olacaq.
BBN.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, G20 ölkələri enerji qiymətlərinin yüksəlməsi, davam edən siyasi qeyri-müəyyənlik və proteksionizmin güclənməsi fonunda mürəkkəb iqtisadi dövrlə üzləşib.
Fond hesab edir ki, iqtisadiyyatların mövcud dayanıqlılığı ortamüddətli artım perspektivlərinin zəifləməsi ilə bağlı riskləri kölgədə qoymamalıdır.
BVF-nin qiymətləndirməsinə əsasən, bir sıra G20 ölkələrində əmək, məhsul və istehlak bazarlarının həddindən artıq tənzimlənməsi iqtisadi artımın qarşısında əlavə maneələr yaradır.
Fond G20 ölkələrinə siyasi maneələri minimuma endirən, iqtisadi səmərəliliyi artıran və tətbiq xərclərindən daha çox fayda verən düşünülmüş tənzimləyici və institusional çərçivələr formalaşdırmağı tövsiyə edir.