Home » “Caspian European Club”un nümayəndələri ilə görüş keçirilib

“Caspian European Club”un nümayəndələri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət Gömrük Komitəsində “Caspian European Club”un nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev və klubun üzvü olan şirkətlərin nümayəndələri iştirak edib.

Görüş zamanı qonaqları salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlardan bəhs edib və islahatlar çərçivəsində biznes mühitinə əlverişli şəraitin yaradıldığını, biznes nümayəndələri ilə gömrük orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, mütəmadi olaraq xarici ticarət iştirakçıları ilə müxtəlif görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Cavad Qasımov Dövlət Gömrük Komitəsinin “Caspian European Club”la əməkdaşlığa böyük önəm verdiyini, klubun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Komitənin fəal iştirak etdiyini bildirib və növbəti forumlarda da bu ənənənin davam edəcəyini vurğulayıb.

“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev səmimi görüşə görə təşəkkürünü bildirib, “Caspian European Club”un Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnunluqla söhbət açıb. Baş icraçı direktor bu il martın 11-də klubun “Nəqliyyat və Logistika” mövzusunda təşkil edəcəyi foruma Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələrini də dəvət edib.

Görüşün sonunda qonaqların gömrük prosedurları və gömrük rəsmiləşdirilməsi ilə bağlı sualları cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.