1


“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev ilə görüşüb.
Mentorluq proqramı çərçivəsində keçirilən görüşdə Cavid Quliyev müsabiqənin qalibi Fərahim Hacıyev ilə müxtəlif mövzuları müzakirə edib, o cümlədən bankın cari strateji dövrü, yeni idarəetmə yanaşması və digər istiqamətlər üzrə fikir mübadiləsi aparıb.
İdarə heyətinin sədri müsabiqənin qalibi ilə karyera və peşakar bacarıqların inkişafı istiqamətində öz tövsiyələrini bölüşüb.