
Avqust ayında Azərbaycanda süni intellekt tətbiqləri arasında ən yüksək istifadə payı ChatGPT-də qeydə alınıb. Platforma ölkədə AI tətbiqləri üzrə bazarın 83,61%-nə sahib olub.
BBN.az xəbər verir ki, bu barədə “StatCounter”in məlumatında bildirilir.
Məlumata görə, ChatGPT-nin Azərbaycandakı istifadə payı iyul ayı ilə müqayisədə azalıb. Belə ki, iyulda bu göstərici 87,39% təşkil edib.
Avqust ayında Azərbaycanda ən çox istifadə olunan digər süni intellekt tətbiqləri isə aşağıdakılar olub:
- Google Gemini – 11,45%
- Claude – 2,99%
- Perplexity – 1,47%
- Microsoft Copilot – 0,48%
Qeyd edək ki, iyul ayında ChatGPT qlobal AI tətbiqləri bazarında da lider olub. Həmin dövrdə platformanın dünya üzrə istifadə payı 79,4%, Google Gemini-nin göstəricisi isə 10,93% təşkil edib.





