Çin istehlakı stimullaşdırmaq məqsədilə kuponlar istifadəyə verir

Çin Xalq Respublikası koronavirus pandemiyasının təsiri nəticəsində geriləyən iqtisadi aktivliyi və istehlakı stimullaşdırmaq məqsədilə kuponlar buraxmağa başlayıb. Ümumilikdə 16 vilayətdə, 50-yə yaxın şəhərdə istifadəyə verilən bu kuponların ümumi dəyəri milyard yuanlar ilə ölçülür. Kuponların minimal dəyəri isə 50 yuan həcmindədir.

Kateqoriyalaşdırdıqda, istehlak kuponlarının əsas təsirlərinin yeyinti, turizm, pərakəndə satış, idman geyimləri və kitab satışı sahələrində görünəcəyi ehtimal edilir. Fond bazarlarının da istehlak kuponları nəticəsində güclənməsi proqnozlaşdırılır.

Şəhərlər kuponların paylanması üçün “Meituan”, ödənişlərin həyata keçirilməsi üçün isə “Alipay” tətbiqetmələrindən istifadə edirlər. Hər iki tətbiqetmə Çin istehsalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır