Home » Çin sənaye robotlarının istehsalında kəskin irəliləyişə nail olub

Çin sənaye robotlarının istehsalında kəskin irəliləyişə nail olub

by bbnadm
0 rəy 11 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının ən böyük mənfi təsirlərinə məruz qalan ölkələrdən olan Çin Xalq Respublikasının iqtisadiyyatı bərpa mərhələsindədir. Hətta, iqtisadi proqnozlarda cari il üzrə ÜDM artımı proqnozları 2% civarında göstərilib.

Çinin başlıca ixrac məhsullarından olan sənaye robotlarının istehsalında da artım qeydə alınıb. Belə ki, may ayında sözügedən göstərici 15 min civarından 17 min 794 səviyyəsinə yüksəlib. Bu isə, ötən ilin may ayı ilə müqayisədə 17% həcmində artım deməkdir. Yanvar-may ayları aralığında isə 72 min 619 ədəd sənaye robotu istehsalı həyata keçirilib ki, bu ötən il ilə nisbətdə 6.7% yuxarıdır. Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Çində ümumilikdə 177 min civarında sənaye robotu istehsal olunub.

Qeyd edək ki, Çin Xalq Respublikası ölkədə son illərdə yaşlı əhalinin sayında kəskin artımın müşahidə olunması və işçilərə çəkilən xərclərin yüksəlməsi səbəbindən istehsal proseslərinin avtomatlaşdırılmasını prioritetləşdirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.