Çində minlərlə insan ipoteka kreditlərini ödəməkdən imtina edir: 18 trilyon dollarlıq iqtisadiyyat üçün bu nə deməkdir?

Çində minlərlə insan (Bloomberg-in hesablamalarına görə-red.) tamamlanmamış evlər üçün ipoteka kreditlərini ödəməkdən imtina edərək, etiraz ediblər.

Ekspertlər isə deyirlər ki, ölkənin daşınmaz əmlak kreditləri üzrə borcları daha da pisə gedəcək. İpoteka kreditləri üzrə boykot etirazdır, onlar ödənişləri ödəməyə qadirdirlər, amma bu hal sosial narazılıq riskinin böyüməyinə səbəb olur. WeNeedHome-un məlumatına, əsasən, dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan ölkəsində 320-dən çox layihə boykot riski altındadır.

BBN.az Business Insider-a istinadən xəbər verir ki, analitik Kristy Hung-un təxminlərinə görə etirazlardan dolayı tikinti aktivliyinin azalması Çində 4,7 trilyon Çin yuanı, yaxud 696 milyard dollar olan evlərə təsir edə bilər. Tikinti layihələrini tamamlamaq isə 1,4 trilyon yuan, yaxud ölkə ÜDM-nin 1.3%-ə başa gələcək. Bu o deməkdir ki, Çinin mənzil bazarı təzyiq altındadır.

Boston mərkəzli, investisiya menecment şirkətinin analitiki Bo Zhuang deyib ki, etirazçıların boykot etməyinə səbəb isə tikinti layihələrinin son iki ildə tamamlanması ilə bağlı yavaş inkişaf olub. 

Bildirək ki, əmlak və əlaqəli sektorlar Çinin 18 trilyon dollarlıq ÜDM-nin təxminən 1/3-ni təşkil etdiyindən, ipoteka boykotlarının nəticələrinin qlobal iqtisadiyyata sıçraya biləcəyi qorxuları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır