Çinin əmlak bazarının ən nəhəng şirkətlərindən biri olan “Country Garden” tərəfindən açıqlanan məlumata əsasən onların 2023-cü ilin ilk 6 ayında, yəni ilin I yarısı üçün itkiləri 7.6 milyard dollara çata bilər.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu xəbər isə dünyanın ən böyük ikinci iqtisadiyyatının olduğu Çinin üzləşdiyi ən son iqtisadi zəifliyin göstəricisidir.
Cümə axşamının əvvəlində isə reytinq agentliyi Moody’s şirkətin reytinqini aşağı salmışdı. Problemlər sırasında isə likvidlik və maliyyələşmə məsələləri yer alırdı. Bir öncəki ilin eyni vaxtında isə şirkət 265 milyon dollar dəyərində gəlir əldə etmişdi.
Qeyd edək ki, ölkənin iqtisadi vəziyyəti ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, Çin 2 ildən çox bir vaxt ərzində ilk dəfədir ki, deflyasiyaya doğru gedib.