Home » Çinin “fintech” sahəsi üzrə qarşıya qoyduğu 8 hədəf

Çinin “fintech” sahəsi üzrə qarşıya qoyduğu 8 hədəf

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bütün növ maliyyə texnologiyaları üzrə fəaliyyət göstərən şirkətləri özündə cəmləşdirən “fintech” konsepsiyası artıq uzun müddətdir ki, bankçılıq sahəsində payını artırmaqdadır. Banklar və digər maliyyə qurumlarını da ənənəvidən rəqəmsallaşmaya sövq edən “fintech”lər qlobal bazarda istehlakçılarla yanaşı investorlarında xüsusi diqqətini cəlb edir.

Beynəlxalq arenada “fintech” sektorunun ən böyük iştirakçılarından biri olan Çin Xalq Respublikası da bu sahəyə diqqətini artırmağa davam edir. 2018-ci ildə 25.5 milyard dollarlıq investisiya həcmi ilə sözügedən sektorda dünya liderinə çevrilən Çinin 2022-ci ildə 85.7 milyard dollarlıq “fintech bazarı” olması proqnozlaşdırılır.

Çin Mərkəzi Bankı (PBOC) tərəfindən tərtib edilən və “fintech” sahəsi üzrə ölkənin yaxın gələcəkdə olan planlarını özündə cəmləşdirən “Fintech Development Plan for 2022-2025” hesabatına istinadən, ölkənin bu sahədə strateji yol xəritəsi aşağıdakı istiqamətlərdən ibarət olacaq:

  • “Fintech” sahəsi üzrə qanunvericilik bazasını təkmilləşdirmək
  • İstehsal amilləri sırasına müştəri məlumatlarını (data analytics) daxil etmək
  • Yeni rəqəmsal infrastruktur tərtib etmək
  • İnnovativ sənaye və bankçılıq ekosistemi qurmaq
  • “Agile” innovasiya sistemləri və risk nəzarət mexanizmlərini təkmilləşdirmək
  • Maliyyə texnologiyalarını süni intellekt ilə inteqrasiya etmək
  • “Fintech” tənzimləmə orqanının fəaliyyətini dəstəkləmək
  • Dayanıqlı “fintech” ekosisteminin əsasını qoymaq

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.