Home » Çinin texnologiya şirkəti daha yaxşı maliyyə nəticələri göstərib

Çinin texnologiya şirkəti daha yaxşı maliyyə nəticələri göstərib

by anar
0 comments 3 views 1 minutes read

Çərşənbə axşamı Çinin texnologiya şirkəti Baidu gözləniləndan daha yaxşı maliyyə nəticələri göstərib. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, ikinci rübdə gəlirlərində illik əsasda 15% artım müşahidə edilib. Bu isə reklamların inkişafı ilə əlaqəlidir. 

Bazar ticarətindən əvvəl Baidu-nun ticarət səhmləri 4%-dən çox artım nümayiş etdirib. Qeyd edilən maliyyə rübündə Refinitiv-in gəlirlər ilə bağlı təxminləri 33.28 milyard yuan yönündə idi, ancaq real gəlirləri isə 34.1 milyard yuan (4.7 milyard dollar) olub. İkinci rübdə Baidu-nun yan bizneslərinə aid olan onlayn marketinq gəlirləri 15% artaraq 19.6 milyard yuana çatıb. Onlayn olmayan marketinq gəlirləri isə 12% artaraq ümumi gəlirlərə 6.8 milyard yuan xeyir verib. Eyni zamanda bildirilir ki, Baidu ChatGPT-nin Çin dilini dəstəkləyən alternativi Ernie bot ilə inkişaf etməkdədir. Bot ictimaiyyətə isə martda təqdim edilib. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.