

Amerikanın CNN xəbər kanalı yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır.
BBN.az bu barədə CNBC-nin verdiyi məlumata istianadən xəbər verir.
CNBC-nin məlumatına görə. Bu addım biznesin qlobal rəqəmsal auditoriyaya yönəldilməsi məqsədilə atılır.
İxtisarlar, CNN-in ənənəvi televiziya proqramlarını yenidən tənzimləməsi və rəqəmsal abunə məhsulları üzərində işləməsi ilə əlaqədardır. CNBC-nin məlumatına görə, bu dəyişikliklər CNN-in istehsal xərclərini azaltmağa və komandaları birləşdirməyə kömək edəcək.
Qeyd edilir ki, CNN-in ən tanınmış simaları işdən çıxarılmayacaq.
Bundan əlavə, bəzi televiziya şoularının çəkilişləri pula qənaət etmək üçün Nyu-York və Vaşinqtondan Atlantaya köçürülə bilər. Burada onların istehsalı daha ucuz başa gələcək.
Qeyd edək ki, hazırda CNN-də 3,5 minə yaxın işçi çalışır.