“COVID 19 kənd təsərrüfatına təsiri və yeni imkanlar” mövzusunda vebinar keçirilib

29 oktyabr 2020-ci il tarixdə Azərbaycan Banklar Assosiasiyası və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən online platform üzərindən  “COVID 19 kənd təsərrüfatına təsirləri və yeni imkanlar” mövzusunda vebinar keçirilmişdir.

Mərkəzi Bankın, Kənd Təsərrüfatı Nazirliyinin və ABA-ya üzv bankların nümayəndələrinin iştirakı ilə keçirilən vebinarda IFC-nin Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliyi layihəsinin nümayəndəsi Aqil Abduallayev və Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haxverdiyev açılış nitqi ilə çıxış etmişlər. Açılış nitqindən dərhal sonra kənd təsərrüfatı və maliyyə sektorunun nümayəndələri panel müzakirələr aparmış və COVİD-19-un yaratdığı problemlərə münasibətlərini bölüşmüşlər.

Qeyd edək ki, vebinarın əsas məqsədi COVİD-19-in kənd təsərrüfatı sektoruna onun maliyyələşdirmə iştahına və risklərin azaldılması strategiyalarına mövcud və potensial təsirlərini qiymətləndirməkdən, həmçinin, maliyyə qurumları, yüksək ixrac potesiallı və gəlirli kənd təsərrüfatı dəyər zəncirlərinin maliyyələşdirilməsi yolu ilə aqrar kredit portfelini artırma imkanlarını müəyyənləşdirməkdən ibarət olmuşdur.

IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfdaşlığı ilə Azərbaycanda kənd təsərrüfatı biznesinin davamlı inkişafını dəstəkləmək üçün öz məsləhət layihəsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır