
ABŞ-da Cümə günü açıqlanacaq Personal Consumption Expenditures (PCE) indeksi investorlar tərəfindən yaxından izlənir. Bu göstərici ABŞ inflyasiyasının əsas ölçüsü kimi qəbul edilir və Federal Reserve-in (Fed) faiz siyasətinə birbaşa təsir edir.
PCE göstəricisi və faiz dərəcələri
PCE aşağı olarsa, bazarda siqnal yaranır ki, Fed yumşaq pul siyasəti tətbiq edə bilər. Bu o deməkdir ki, faiz dərəcələrinin endirilməsi və ya artırılmaması ehtimalı artır.
Aşağı faizlər şirkətlər üçün ucuz kredit deməkdir. Şirkətlər daha sərfəli borc götürür, investisiya və istehlak canlanır. Bu isə bazarda risk aktivlərinə – o cümlədən səhmlərə – marağı artırır. Nəticədə səhmlər üçün müsbət impuls yaranır.
Əksinə, PCE yüksək olarsa, bazada siqnal yaranır ki, Fed inflyasiyanı yatırmaq üçün faizləri qaldıra bilər. Yüksək faizlər kreditin bahalaşmasına səbəb olur, şirkətlərin maliyyələşməsi çətinləşir, gəlirlər azalır və investorlar risk aktivlərindən uzaqlaşır. Bu da satış dalğasına və səhmlərin qiymətinin düşməsinə səbəb ola bilər.
Investorlar nə izləyir?
Hazırkı mərhələdə investorlar həm PCE göstəricisinin nəticəsini, həm də Fed rəhbərliyinin növbəti açıqlamalarını diqqətlə izləyir. Bazardakı qısamüddətli hərəkətlərin əsas driveri məhz bu göstərici olacaq.
Nəticə
PCE göstəricisi aşağı olsa, investorlar ucuz pullar siyasətini nəzərə alaraq səhmlərə marağı artıracaq, yəni bazar üçün müsbət impuls yaranacaq. Yüksək PCE isə bazarda satış təzyiqini gücləndirə və səhmlərin qiymətinə mənfi təsir göstərə bilər.





