Home » Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

by Aytac
0 comments 2 views 0 minutes read

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarətin maliyyələşdirilməsi, davamlı kənd təsərrüfatı layihələri və real sektorda investisiyalar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Layihə iqtisadiyyatın müxtəlif sahələrində dayanıqlı və inklüziv inkişafın təşviqinə xidmət etməklə yanaşı, eyni zamanda beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır.

Qeyd edək ki, layihədə dünyanın 24 ölkəsindən 60 aparıcı maliyyə institutu iştirak etmişdir.

Xalq Bank əvvəlki illərdə də dayanıqlı inkişaf prinsiplərini əsas götürərək müxtəlif irihəcmli sindikat kredit layihələrində fəal iştirak etmiş, bu istiqamətdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.