Home » Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə

Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Azercell” ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində “İdeya İnkubasiyası Proqramı”na start verdi!

“Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlığı çərçivəsində “İdeya İnkubasiyası Proqramı” başlayıb. Layihə innovativ həllərin yaradılması sahəsində Azərbaycan Respublikasında İKT və innovasiyalar ekosisteminin təkmilləşdirilməsi, onun davamlılığına və rəqabət qabiliyyətinə töhfə vermək məqsədi daşıyır. Layihə eyni zamanda bu sahədə yeni kadrların yetişdirilməsinə, tələbələri innovativ texnoloji həllər yaratmağa, startap və sahibkarlığa həvəsləndirməyə yönəlib.

Proqramın “Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə” adı altında keçirilən açılış mərasimində “Azercell” və ADA Universitetinin məsul şəxsləri iştirak edib, öz fikirlərini bölüşüb. “Azercell”in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə “Biznesin diversifikasiyalaşdırılması strategiyası: “Azercell”in yeni Fintech biznes istiqaməti”, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova “Gənclik seqmenti üçün texnologiya tətbiqi əsaslı həllər”, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov “Data Science sahəsinin Telekom sektorunda rolu və təsiri” mövzuları üzrə auditoriya qarşısında təqdimatla çıxış ediblər.

“İdeya İnkubasiyası Proqramı” seminarlar, mentorluq sessiyaları və iştirakçılara sahibkar kimi uğur qazanmağa kömək edən geniş şəbəkə imkanları təklif edir. Bu layihə gənclərə ideyalarını real məhsullara, hətta müəssisələrə çevirməyə dəstək olacaq. İnnovativ ideyalarını növbəti səviyyəyə qaldırmağa hazır olan ADA universitetinin tələbələri öz həlləri üzərində peşəkar mentorlarla çalışacaq. Proqramın sonunda qalib komandalara pul mükafatı təqdim olunacaq, onlar, həmçinin, “Azercell” şirkətində təcrübə proqramı keçmək şansı qazanacaqlar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.