Home » Daha 11 sahibkar və menecer beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb

Daha 11 sahibkar və menecer beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı çərçivəsində “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu keçən sahibkar və menecerlərimiz təlimləri uğurla başa çatdırıb.

Aqrar, İKT, dizayn, sığorta və digər sahələrdə fəaliyyət göstərən 11 sahibkar və menecerə onlayn formatda beynəlxalq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, fevral-aprel ayları ərzində sahibkar və menecərlər Almaniyanın tədris mərkəzlərinin ekspertləri tərəfindən keçirilən onlayn təlimlər zamanı menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılıb, bu sahədə praktiki vərdişlərə yiyələnib və onlara Almaniya şirkətləri ilə işgüzar əlaqələrin qurulmasında dəstək göstərilib.

Pandemiya bitdikdən sonra kursu uğurla başa vurmuş sahibkar və menecerlərin Almaniyaya bir həftəlik səfərləri nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, sahibkar və menecerlərin ixtisasartırma kursu ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu ilə təsdiq olunmuş “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniya tərəfindən qarşılanır. İndiyədək proqramdan 462 sahibkar və menecer yararlanıb. Pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Daha çox sahibkar və menecerin beynəlxalq ixtisasartırma kursundan yararlanması üçün pandemiya dövrü ərzində kursa sənəd qəbulu ilboyu onlayn şəkildə davam etdiriləcək. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Ətraflı məlumat üçün- https://bit.ly/3ka0gex

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.