Home » Biznes assosiasiyaların nəzərinə!

Biznes assosiasiyaların nəzərinə!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropa Birliyi tərəfindən 2022-ci ilə qədər qrant maliyyələşdirilməsi əsasında “EU4BCC (şirkətlərin əlaqələndirilməsi)” layihəsinin həyata keçirilməsi üzrə müsabiqə elan edilib. Layihənin məqsədi Avropa Birliyi ilə Avropa qonşuluq siyasəti ölkələrində fəaliyyət göstərən biznes subyektləri və biznesə dəstək göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də kiçik və orta biznesin inkişafına yardım etməklə dayanıqlı iqtisadi inkişafın və iş yerlərinin yaradılmasının dəstəklənməsidir.

Sözügedən müsabiqədə Azərbaycanda bio-orqanik məhsullar, çaxır istehsalı, turizm, tekstil və yaradıcı sənaye sektorlarında fəaliyyət göstərən biznes assosiasiyaları və biznesə xidmət göstərən təşkilatlar iştirak edə bilərlər.

Müraciətlər üçün son tarix 30 aprel 2021-ci ildir.

Layihəyə qoşulmaq istəyən müvafiq biznes assosiasiyalar və biznesə xidmət göstərən təşkilatlar şərtlərlə tanış olmaq, qeydiyyat və ətraflı məlumat üçün https://connectingcompanies.eu/ saytına müraciət edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.