Home » Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib

Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İşsiz kimi qeydiyyata alınan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsait bank filiallarına və poçt şöbələrinə köçürüldü.

Onların qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Aprelin 9-dan işsizlərə birdəfəlik ödəmələrin verilməsinə başlanıb və ödənişlər gündəlik əsasda davam edir. Artıq 140 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.