Home » Daha bir ölkə kriptovalyutalardan imtina edə bilər

Daha bir ölkə kriptovalyutalardan imtina edə bilər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir.

Dünyanın ən gənc respublikalarından olan Kosovo Respublikası da kriptovalyutalara qadağa qoyan ölkələr sırasına daxil ola bilər. Belə ki, 2008-ci ildə yaradılan ölkədə kriptovalyutaların mayninqinə qadağa qoyulub. Bunun əsas səbəbi kimi, kriptovalyuta mayninqinin intensiv enerji sərfiyyatına səbəb olması və ölkənin elektrik sistemini çökəltməyi göstərilib. Elektrik enerjisinin idxalında yaranan çətinliklər fonunda qiymətlərin artması artıq kriptomayninqin ölkə iqtisadiyyatına kəskin zərər verməsinə gətirib çıxarıb.

Qeyd edək ki, son olaraq Rusiya Federasiyasında Mərkəzi Bank kriptovalyutaların qadağan edilməsinin zəruriliyini özündə əks etdirən hesabat hazırlayıb və yaxın dövrdə hesabatın qanun layihəsi formasında parlamentə təqdim edilməsi planlaşdırılıb . Kriptovalyutaların qadağan olunmasında əsas səbəb kimi, qeyri-mərkəzləşdirilmiş valyuta olması və bundan törənə biləcək maliyyə dələduzluğu riskləri, eləcə də “rəqəmsal rubl” layihəsi düşünülür. Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara qadağa və ya məhdudlaşdırma tətbiq edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.