Qarabağ Regional DOST Mərkəzinin əməkdaşları Müqəddəs Ramazan bayramı ilə əlaqədar Ağcabədi rayonunda fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzini ziyarət ediblər.
Əvvəlcə mərkəzin kollektivi ilə görüş keçirilib. Qarabağ Regional DOST Mərkəzində göstərilən xidmətlər və Ambulator Reabilitasiya Mərkəzi – “RehaPoint” haqqında məlumat verilib.
DOST əməkdaşları mərkəzdəki həssas kateqoriyadan olan uşaqlara təhsil lavəzimatları, oyuncaqlar, pazl və albomlar hədiyyə edib, onlarla müxtəlif oyunlar oynayıb, birlikdə rəsmlər çəkiblər.
Qarabağ Regional DOST Mərkəzinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar Bərdədə yerləşən R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada da olublar.
Mərkəzin kollektivi ilə görüşən DOST əməkdaşları gimnaziya şagirdlərinin təhsili ilə maraqlanıb, eləcə də DOST Mərkəzlərinin göstərdiyi xidmətlər və “RehaPoint” haqqında məlumat veriblər.
Daha sonra sağlamlıq imkanları məhdud, əlliliyi olan, eyni zamanda autizmli uşaqlara müxtəlif hədiyyələr verilib. DOST əməkdaşları uşaqlarla oyunlar oynayıb, birlikdə rəsmlər çəkiblər.
Sonda xatirə fotoları çəkilib.