Home » DOST İş Mərkəzi bu il daha 9 qurumla birgə layihələrə başlayıb

DOST İş Mərkəzi bu il daha 9 qurumla birgə layihələrə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“İşsizin dostu” ictimai işlər proqramının fəaliyyət sahələrinin şaxələndirilməsi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi bu il daha 9 qurumla birgə layihələrə start verib.

Həmin qurumlarla (Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Nazirliyi, Milli Arxiv İdarəsi, Azərpoçt, Aztelekom  və s.) birgə icrasına başlanan layihələr üzrə 2500 işsiz şəxs müvafiq fəaliyyət sahələri üzrə işlərlə təmin olunublar.

Ümumilikdə isə mərkəz rayon (şəhər) icra hakimiyyətləri ilə yanaşı,  20-yə yaxın qurumla da əməkdaşlıq həyata keçirir.

Nəticədə ictimai işlər proqramının fəaliyyət sahələri xeyli genişlənib. Bu da işsiz şəxslərin məşğulluğunun təminatı ilə yanaşı, “İşsizin dostu” proqramına cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslərin müxtəlif sahələr üzrə ilkin peşə bacarıqlarına yiyələnmələrinə şərait yaradır. Həmin bacarıqlar hesabına isə gələcəkdə özlərinin müstəqil şəkildə məşğulluqlarını təmin etmək imkanı qazanırlar.

 “İşsizin dostu” proqramı 56 minədək iş yerini özündə əhatə edir. Proqrama cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.