Home » DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım

DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bütün xalqımız  Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevincini, qürurunu yaşayır.

30 ilə yaxındır erməni faşizminin əsarətində olan doğma torpaqlarımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı öz torpaqlarına sıx bağlılığını və o torpaqlarının əzəli-əbədi sahibi olduğunu,   gücünü, sarsılmaz iradəsini, düşmənin başına yumruq kimi enərək mütləq Qələbəni təmin edən dəmir kimi möhkəm birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm tarixi zəfər günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST könüllüləri də ölkədə yaşanan ümumxalq qalibiyyət ruhuna və bayram əhval-ruhiyyəsinə uyğun maraqlı addım atdılar. Tarixə qızıl hərflərlə yazılan Qalibiyyətin bitib tükənməz fərəhi ilə “QƏLƏBƏ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!” dedilər.

DOST könüllüləri tərəfindən təşkil olunan fləşmobun fotolarını və videoçarxı təqdim edirik: 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.