Home » DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilib

DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Bakıda 3 saylı DOST mərkəzi açılmaqla, paytaxtın daha üç rayonunun (Nizami, Sabunçu, Suraxanı) sakinlərinə də DOST xidmətlərindən faydalanmaq imkanı yaradılıb.

Hazırda 1 saylı, 2 saylı və 3 saylı Bakı DOST mərkəzləri Bakının 7 rayonu üzrə 1,2 milyon nəfər əhalini əhatə edir və sosial müdafiəyə cəlb olunan 230 minə yaxın vətəndaşa DOST xidmətlərindən istifadə imkanı verir.

Bu ilin yanvar-iyun aylarında Bakı DOST mərkəzləri tərəfindən 61 min 57 vətəndaşa xidmətlər göstərilib. Məşğulluq, pensiya, müavinət, sosial xidmət və s. sahələr üzrə 132 xidmətin göstərildiyi  mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib.

DOST mərkəzləri üzrə 4 min nəfərə isə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən evlərində sosial xidmətlər göstərilib. Onlardan tənha ahıl və əlilliyi olan şəxslərlə yanaşı,  396 nəfəri yaşı 65-dən yuxarı olanlardır.

142-Çağrı mərkəzi tərəfindən  isə 2020-ci ilin ilk 6 ayında  422 min müraciət cavablandırılıb. Bu, ümumilikdə 2019-cu il üzrə müvafiq göstəricidən 70,7 faiz çoxdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.