Home » “DOST xonçası” aksiyadan ənənəyə çevrildi

“DOST xonçası” aksiyadan ənənəyə çevrildi

by bbnadm
0 comment 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Novruz bayramı ərəfəsində başlanan növbəti “DOST xonçası” aksiyası bu dəfə də geniş vüsət alıb.

Qısa müddətdə onlarla təşkilat, biznes strukturları, banklar, tanınmış şəxs, eləcə də fərdi qaydada ayrı-ayrı insanlar Novruzun bayramlaşmaq kimi nəcib adətini əks etdirən bu kampaniyaya qoşulub. Tənha ahıllarımıza, həssas qruplardan olan insanlarımıza, aztəminatlı ailələrə “DOST xonçası” ilə baş çəkərək onlarla bayramlaşanların sayı hər gün artır.

Bu da xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından,  ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.

Aksiyaya qoşulanlar bu barədə postlarını #dostxonçası həştəqi altında paylaşmaqla, digərlərini də bu kampaniyaya qoşulmağa dəvət edirlər.

“DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq bir ənənə kimi qəbul olunur.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.