Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 4,5 faiz çox icra olunub

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat və ya proqnoza qarşı 1031,6 mln. manat çox (4,5 faiz çox) icra olunmuşdur. Bu 2018-ci illə müqayisədə 1690,7 mln. manat və ya 7,5 faiz çoxdur. 

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10595,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1127,4 mln. manat və ya 11,9 faiz, 2018-ci illə müqayisədə isə 1486,7  mln. manat və ya 16,3 faiz çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9 faiz,  2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5 faiz çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da  proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln. manat  vəsait transfert edilmişdir.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 mln. manat, sair daxilolmalardan 164,5 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.

2019-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 7328,4 mln. manat icra olunmuşdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır