2

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 10 milyard 860,7 milyon manat məbləğində transfert həyata keçirilib.
Bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verilir.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.
Xatırladaq ki, cari il üzrə Dövlət Neft Fondundan dövlət büdcəsinə ümumilikdə 14 milyard 481 milyon manat transfert nəzərdə tutulub. Beləliklə, 9 aylıq plan tam icra edilib.







