1

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” platforması üzərindən həyata keçirilən kiberhücumlarla bağlı açıqlama yayıb.
Məlumata görə, hazırda 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürülüb. Sözügedən resursların fəaliyyəti araşdırılır və onların istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.
Qeyd olunub ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında ictimaiyyətə təqdim ediləcək.







