Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbiiinhisarların fəaliyyəti ilə əlaqədar 4 550 istehlakçının müraciətinə baxılıb.
BBN.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə müraciətlərin 53,2%-i qeyri-qida, 5%-i qida, 39,6%-i xidmət, 1,9%-i dərman vasitələri və tibbi avadanlıqlar, 0,3%-i isə digər sahələrlə bağlı olub.
“İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının qarşısının alınması, vətəndaş müraciətlərinə çevik şəkildə baxılması istiqamətində fəaliyyət davam etdirilir”, – deyə qurum bəyan edib.