Home » Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Təbii inhisar subyektlərinə dövlət nəzarəti və onların tənzimlənməsi ilə bağlı Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair müzakirə aparılıb, Məcəllənin tələblərindən irəli gələn iqtisadi və hüquqi tənzimləmələrin tətbiqi əsasları barədə danışılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Neft, neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport və metro), telekommunikasiya sahələrində təbii inhisar subyektlərinin nümayəndələrinin iştirak etdiyi görüş bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsində müəyyən edilən təbii inhisar sahəsində dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilib.

Görüş zamanı Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı təqdimatla çıxış edərək iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Məcəllədə yer alan tələblərə əsasən təbii inhisar subyektləri rəqabət orqanına öz fəaliyyətləri barədə müvafiq hesabatları, habelə rəqabət orqanının sorğusuna əsasən digər hesabatları, investisiya layihələrini, digər sənədləri və məlumatları təqdim etməlidirlər.

Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.