Home » Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 2190 şəxs peşə hazırlığına cəlb edilib

Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 2190 şəxs peşə hazırlığına cəlb edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 1-ci rübündə 2190 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. 

Onlardan 1191 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. 

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. 

Artıq 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslərin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.