Home » Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin ilk yarısında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın artırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı altsistemlərinin tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində tədbirlər görülüb.

Belə ki, RDMİS-in “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində ilin ilk 6 ayında 1 034 müəssisə qeydiyyatdan keçib. Altsistem vasitəsilə 1 315 aylıq və 7 244 rüblük hesabat təqdim olunub.

Həmçinin 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatını, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatını, 654 müəssisə isə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.

Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində fəaliyyət göstərir.

Altsistem dövlət mülkiyyətində olan, eləcə də səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələri və proqnozlarının monitorinqini həyata keçirir. Eyni zamanda, gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla izlənilməsini, icra göstəricilərinin təhlilini və müəyyən edilmiş büdcə-maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.