Home » Dövlət qurumlarının yüzlərlə informasiya resursunda təhlükəsizlik boşluğu aşkarlanıb

Dövlət qurumlarının yüzlərlə informasiya resursunda təhlükəsizlik boşluğu aşkarlanıb

by yunus
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarına məxsus 472 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib.

BBN.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,2% azdır.

İyul ayında isə təhlükəsizlik boşluğu aşkarlanan informasiya resurslarının sayı 73 olub. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 2,6 dəfə çox göstəricidir.

Qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumlarının ümumilikdə 1 264 informasiya resursunda təhlükəsizlik boşluğu aşkarlanıb.

Bu göstərici 2024-cü illə müqayisədə 47,5% artım deməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.