Home » Dövlət Xidmətində sahibkarlarla görüş keçirilib

Dövlət Xidmətində sahibkarlarla görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika məhsullarının satışını həyata keçirən, eləcə də daşıma xidməti göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, müraciətlərin əksəriyyəti daşıma şirkətlərinin məhsulları gec çatdırması, daşıma şərtləri və qaydaları barədə düzgün məlumat verməməsi, elektronika məhsullarının lazımi keyfiyyətdə olmaması, məhsulun dəyişdirilmə və ya geri qaytarılma qaydaları ilə bağlı olub.

Tədbirdə istehlakçı hüquqları ilə bağlı qanunvericilik, o cümlədən ticarət şəbəkələrində tətbiq olunan kampaniyalar zamanı istehlakçı hüquqlarına dair tələblər sahibkarların nəzərinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.