Home » Aqrar Sığorta Fondu fermerlərə müraciət edib: “Payızlıq əkinlərinizi dekabrın 30-dək sığortalayın”

Aqrar Sığorta Fondu fermerlərə müraciət edib: “Payızlıq əkinlərinizi dekabrın 30-dək sığortalayın”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki – buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.

Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi davam edir. Əkinlərin bəyanı prosesi ilə əlaqədar Aqrar Sığorta Fondu fermerlərə müraciət edib.

Müraciətdə bildirilir ki, payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər  dekabrın 30-dək başa çatmalıdır.

10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki – buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.

Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən  aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS_də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildiriblər ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.

“Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığorta prosesində də nəzərdə tutulub – aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.  Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır” – deyə Fonddan bildirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.