Home » Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yenidən müəyyən edib.

BBN.az xəbər verir ki, bu barədə məlumat bankın “Qlobal İqtisadi Perspektivlər” hesabatının yanvar buraxılışında qeyd olunub.

Dünya Bankının proqnozları oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb. Hesabata görə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4 % artıb ki, bu da 2023-cü ilin 1,1 %-lik göstəricisindən xeyli yüksəkdir.

İyun proqnozunu ilə müqayisədə Dünya Bankı yanvarda Azərbaycanın 2025- ci il üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq 2,7%-ə yüksəldib.

Bu da əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur. Bankın analitikləri 2026-cı ildə isə Azərbaycanda 2,4% iqtisadi artım proqnozlaşdırıb.

2024-cü il üzrə Azərbaycan iqtisadiyyatında artım 4% təşkil edib ki, bu da Dünya Bankının proqnozunu 1,7% bəndi üstələyib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.